Serverlərin tənzimlənməsi və idarə olunması
1C serverin tənzimlənməsi
Veb serverin tənzimlənməsi
SQL serverin tənzimlənməsi

Xidmət haqqında ətraflı məlumat

“Jey Soft" şirkəti istehsalçıdan asılı olmayaraq, avadanlığınızın istifadə müddətinin istənilən mərhələsində sizə dəstək olacaqdır.

Biz kiçik şirkətlər üçün serverin ilkin qurulması üzrə xidmətlər təklif edirik. Əgər siz hələ inkişaf edirsinizsə və ştata işçi götürülməsi iqtisadi cəhətdən məqsədəuyğun deyilsə, onda gələn sistem inzibatçısı əvvəlcədən müəyyən edilmiş qiymətə bütün zəruri tapşırıqları yerinə yetirəcəkdir.

Artıq bir çox server avadanlığı olan şirkətlər öz işçilərinin işini yüngülləşdirə və serverlərin texniki xidmətini bizim mühəndislərimizə etibar edə bilərlər. Sizin avadanlıqlarınız ən yaxşı şəraitdə istismar olunması və mümkün qədər uzun müddət xidmət göstərməsi üçün işin həcmi və tezliyi üzrə plan tərtib edilir. Həqiqətən, əksər hallarda yaddaş və prosessorların nasazlığı və sıradan çıxması yığılan toz və istismar qaydalarının pozulması səbəbindən baş verən qızmalarla bağlı olur. Əgər ehtimallardan ən pisi baş veribsə və sizin serveriniz sıradan çıxıbsa, biz məmnuniyyətlə pulsuz diaqnostika keçirəcəyik, nasazlığın texniki rəyini hazırlayacayıq və problemin həllinin bütün mümkün variantlarını təklif edəcəyik. Bizim elektrotexnik-mühəndislərimiz avadanlığın ixtisaslı təmirini aparacaq, lazım gəldikdə məlumatları bərpa edəcək, sonra isə serverin sazlanması, quraşdırılması və mövcud lokal şəbəkəyə inteqrasiyasını həyata keçirəcəklər.

Servis dəstəyi müqaviləsinin bağlanması sizə, yüksək keyfiyyətli server texniki xidmətlərini ucuz qiymətə almağa imkan verəcəkdir.

Biz Azərbaycanda xidmət göstəririk, lakin zərurət yarandıqda sifarişçilərimizin tələbatlarını qarşılayaraq, öz gücümüz hesabına və ya etibarlı podratçılarımızın köməyi ilə ölkənin digər bölgələrində də işi təşkil etməyə hazırıq.

Hər bir server (fiziki və ya virtual) ilkin konfiqurasiya tələb edir. Serverə qulluq və dəstək çox zəhmətli və vaxt aparan bir prosesdir. Server idarəetmə işlərini komandamıza həvalə edə bilərsiniz.
Hüquqi şəxslərin server sistemlərinə kompleks xidmət və dəstək sahəsində xidmətlər göstəririk.  

Əməliyyat sistemindən son xidmətlərə qədər müxtəlif mərhələlərdə idarəetməni öz üzərimizə götürməyə hazırıq.

Hələ də qərara gələ bilməmisiniz?
Biz sizinlə əlaqə saxlayacağıq
Name
Email
Phone
Ad
Telefon
email
Şərh
Спасибо, Ваша заявка отправлена!
Sifarişiniz qeydiyyata hazırdır
Личный кабинет
Sifariş tarixçəsinə, poçt siyahısının idarə edilməsinə, qiymətlərinizə və daimi müştərilər üçün endirimlərə və s.
Ваш логин
Ваш пароль